Balalarına gün ağlayan yazıçılar - Vəzifəli şair övladlarının siyahısı
- 2-11-2018, 15:09
- 2 246
A24.Az övladına vəzifə verilən yazıçı şairləri təqdim edir:
İlyas Əfəndiyevin oğlu Elçin Əfəndiyev – 2018-ci ilədək baş nazirin müavini vəzifəsində çalışıb.
Rəsul Rzanın oğlu yazıçı Anar – bir sıra yaradıcı işlərlə yanaşı 30 ilə yaxındır Azərbaycan Yazıçılar Birliyinin sədridir.
Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə – Qobustan Rayonun prokuroru vəzifəsində çalışıb.
Bəxtiyar Vahabzadənin digər oğlu İsfəndiyar Vahabzadə – bir sıra Avropa ölkələrində səfir vəzifəsində çalışıb.
Mir Cəlal Paşayevin oğlu Hafiz Paşayev – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat, Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) rektorudur.
Mir Cəlalın digər övladı Arif Paşayev – "Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.
Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavinidir.
Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov – Abşeron rayon prokurorunun köməkçisidir.
Aqil Abbas və İradə Tuncayın övladı Tuncay Abbasov – Bakı Şəhər Baş Polis İdarəsi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisidir.
Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmov – Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində müstəntiqdir.
Mirələmovun digər oğlu Fərid Mirələmov – Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin rəis müavinidir.
Yazıçının Rauf adlı oğlu da vəzifəlidir. Rauf Mirələmov – Xarici İşlər nazirliyində diplomatdır, 1-ci katibdir.
Qılman İlkinin oğlu Azər Musayev – BDU-nin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimidir.
Yazıçı Saday Budaqlının oğlu Nurlan Budaqlı AzTV-nin proqram direktorunun müavini vəzifəsində işləyir.
Yazıçı Kamal Abdullanın oğlu Mehdi Abullayev – APİ-nin prorektorudur.
Şair Əli Kərimin oğlu Paşa Kərimov – AMEA Əlyazmalar İnstitutunun direktor müavinidir.