Arzu Rəhimov çətin durumda... - İşi araşdırılır
- 2-11-2018, 10:36
- 1 735
Bununla bağlı danışan bilgili qaynaq iddia edir ki, artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi ilə bağlı məsələ araşdırmaya götürülüb.
Mənbənin söylədikləri: "Təbii ki, Mehriban xanıma və eləcə də PA rəhbərliyinə edilən müraciətlər cavabsız qala bilməzdi və bu iş dəqiqliyi ilə araşdırılacaq. Kimin ziyanla çıxacağı isə aydındır. Çünki Arzu Rəhimovun özü də artıq durumun gərginliyini tam olaraq anlayır".
Polkovnik Fəttahov Ağaverdinin Arzu Rəhimovla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya etdiyi şikayətinin videosunu bir daha təqdim edirik:
DİA.AZ