Prezidentin başçı təyin etdiyi jurnalist KİMDİR?

Cəmiyyət

Prezident Ilham Əliyevin bu gün imzaladığı sərəncamla Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

T.Məmmədov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin mart ayında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tahir Məmmədovu özünə yeni müşavir təyin etmişdi.

Bundan öncə isə T.Məmmədov İctimai Televiziyada çalışıb.

Xatırladaq ki, prezidentin sərəncamı bu gün ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.