Kəmaləddin Heydərovun gömrük inhisarçılığına son qoyulur? – “FÖVQƏLNAZİR” HAQDA ŞOK İDDİALAR
- 27-09-2018, 16:28
- 2 178
Beləlkilə, 18-23 sentyabr 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Fövqəlada hallar naziri Kəmaləddin Heydərov
“Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir”, “KƏMALƏDDİN HEYDƏROV PARADDA NİYƏ İŞTİRAK ETMƏYİB? – “Cənab nazir hazırda işdədir…””, “Kəmaləddin Heydərovun səhhəti ilə bağlı yayılan xəbərlərə rəsmi REAKSİYA”, “Kəmaləddin Heydərovun kadrlarının “budanması” başlanıb”, ““Grafika”nın rəhbəri Kəmaləddin Heydərovun gömrük inhisarını faş etdi – Video”, “Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLDİ”, “Kəmaləddin Heydərov parad günü harada imiş?” başlıqlı 7 məqalə ümumilikdə 17 elektron KİV-də işıqlandırılmışdır.
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavdi Qurbanov “Sahibkarlar prezidentdən və Cavid Qurbanovdan kömək istədilər”, “Cavid Qurbanov ad gününü belə qeyd etdi:
Qatar tort, sürpriz parti... (VİDEO)”, “Cavid Qurbanovdan Prezidentə şikayət - İş adamından müraciət”, “Cavid Qurbanovun adından iş adamlarına təzyiq edilir- Keşlə stansiyası sahibkarların üzünə niyə bağlanıb?” başlıqlı 4 məqalənin 15 elektron KİV-də yayılması ilə tutur.
Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Orta məktəbdə Aşura tədbiri – Mingəçevir şəhər məktəbi mollaxanaya çevrilib?..”, “"Məktəbdə dini tədbirin olacağını bilirdik" - Təhsil şöbəsinin müdiri”, “Orta məktəbdə Aşura tədbiri... - Və yaxud Təhsil Nazirliyinin Ağsudan xəbəri var?”, “Nazir: “Məktəb rəhbərliyi Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməlidir””, “Ceyhun Bayramov bundan xəbər tutsa... - Ağsu təhsilində biabırçılıq” başlıqlı 5 məqalənin 7 elektron KİV-də yayılması ilə təhsil naziri Ceyhun Bayramov tutur.
Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Şahid deputat oğlunun şərikinin böyük yalanını üzə çıxardı – MƏHKƏMƏ”, “Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işində şahidlər ifadə verib”, “Deputat oğluna pul “atmaqda” təqsirləndirilən şəxsin məhkəməsi oldu”, ““Həbib Axundov şərt qoydu ki, qazancın yarısını ona verim” - Məhkəmə”, “”Deputat bizi həbs etdirmək istəyir”” başlıqlı 5 məqalənin 12 elektron KİV-də yayılması ilə deputat Elmira Axundova tutur.
Mətbuatda ən çox adı hallanan Milli Məclisin deputatları siyahısında 2-ci yeri Əsabil Qasımov “Əsabil Qasımov cinayət məsuliyyəti ittihamı ilə üz-üzə- Deputat millətə nə yedirir?”, “Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub- ŞİKAYƏT” başlıqlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə tutur.
Elektron mətbuatda ən çox ad hallanan Milli Məclisin deputatları siyahısında 3-cü yeri ““Hacı Mazan”ın başı daha bir dövlət qurumu ilə dərddə - Qalmaqallı iş adamı yerin altına “bomba” basdırıb?”, “Hacı Mazan jurnalistlərdən ÜZR İSTƏDİ: - "Peşmanam"” başlıqlı 2 məqalənin 2 elektron KİV-də yayılması ilə Hacı Mazan tutur.
Muxalifet.az