3 rayonun icra başçısı təftiş ediləcək - Yardımlı, Şəmkir və Qazaxın icra başçıları...
- 27-09-2018, 10:11
- 1 378
Mənbə bildirir ki, ilk növbədə onun nəzarətində olan icra hakimiyyəti başçılarının fəaliyyəti ilə bağlı təftişlərə başlanlacaq.
Mənbənin məlumatına görə, F.Məmmədovun nüfuz dairəsinə 3 rayon (Yardımlı, Şəmkir və Qazaxın icra başçıları F.Məmmədovun keçmiş işçiləridir) daxil idi ki, təşftiş də məhz bu 3 rayonda həyata keçiriləcək: “Çirkli pulların yuyulması və büdcədən fantastik mənimsəmələr məhz bu rayonlarda həyata keçirilib. Odur ki, bu rayonlarda icra başçılarının əməllərni təftişi ilə bağlı hüquq-mühafizə orqanlarının yerli şöbələrinə tapşırıq verilib. Hər 3 rayonda sabiq nazirə və icra başçılarına aid mülklərin, torpaq sahələrinin, şirkətlərin siyahısı dəqiqləşdirilir, eyni zamanda şübhəli bank əməliyyatları araşdırılır”.
Mənbənin iddiasına görə, çox yaxın zamanlarda hər 3 rayonun icra başçıları işdən çıxarılacaq: “Onlar haqqında siyasi qərar artıq var, sadəcə təftişin yekunlaşmasını gözləyirlər”.
Xatırladaq ki, artıq Fazil Məmmədova yaxın olan iki fiqur - Binəqədi və Gədəbəyin icra başçıları yola salınıb. Sırada olanlar isə artıq məlumdur...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ