"Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" — Oğlu qətlə yetirilən İlyas İsmayılov
- 20-09-2018, 15:36
- 1 738
İ.İsmayılov "Ölkə.Az"a açıqlamasında bildirib ki, övlad itkisi ağır dərddir:
"Hələ dəqiq bilmirəm ki, oğlumun cənazəsi Azərbaycana nə vaxt gətiriləcək. Yəqin ki, sənədləşmə işlərinə görədir. Qatilin ən layiqli şəkildə cəzasını almasını istəyirəm".
Sabiq nazir deyib ki, Milli Məclisin bir sıra deputatları və siyasi partiya rəhbərləri ona başsağlığı versə də, ancaq hakim Yeni Azərbaycan Partiyasından (YAP) zəng edən olmayıb.
İ.İsmayılov əlavə edib ki, oğlunun cənazəsi bu həftə ərzində Bakıya gətirilə bilər.