Anar Nəcəfli efirə qayıtdı
- 18-09-2018, 13:08
- 1 939
O, 24 sentyabrdan etibarən hər axşam saat 20:00-da ARB TV-də xəbərlər proqramına aparıcılıq edəcək.
Qeyd edək ki, Anar Nəcəfli həm də Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəridir.
Anar Nəcəfli sosial şəbəkədə dövlət qurumundakı vəzifəsindən ayrılmadığını qeyd edib:
"Mən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılmamışam və işimə davam edirəm. Sadəcə olaraq bundan sonra əsas işimlə paralel olaraq həm də, ARB Tv-nin əsas xəbər buraxılışının aparıcısı olaraq da fəaliyyətimi davam etdirəcəm".