Fikrət Qocayev Heydər Əliyevlə birgə əsgər andı içdi (FOTO/VİDEO)
- 17-09-2018, 15:31
- 2 337
xalqxeber.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Heydər Əliyevlə and içən əsgərlər arasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi də olub. Xalq şairinin qız nəvəsi olan Fikrət Qocayev babasının adını daşıyır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Xatırladaq ki, mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalq şairi Fikrət Qoca ilə də görüşüb. Onun nəvəsinə hərbi xidmətdə uğurlar arzulayıb.