Azərbaycanlı oliqarx ittiham olunur - Pul "atıb"...

Cəmiyyət

Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı, Azərbaycan cəmiyyətində, xüsusən də cəbhəçi keçmişinə görə siyasi çevrələrdə yaxından tanınan Mehrac Babayevin haqqında soydaşlarımı tərəfindən yeni iddia səsələnib.

Belə ki, yazan azərbaycanlı sahibkarlardan biri bildirir ki, Mehrac Babayev ona 7 milyon rubl (təxminən 100 min dollar) borcludur və tanınmış oliqarx həmin pulu qaytarmaqdan imtina edir.

"Sizin oliqarx kimi tanıdığınız Mehrac Babayev bizə pul "atıb". Bilsin ki, o, 7 milyonu gec-tez qaytarmalı olacaq".

Xatırladırıq ki, Mehrac Babayevin adı Azərbaycanda bir çox qalmaqallarda da hallanıb.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Dia.az