Jurnalist Röya Rəfiyeva mühacirətə getdi

Cəmiyyət

“Yeni Müsavat” qəzetinin və “Kanal 13” İnternet televiziyasının əməkdaşı, tanınmış jurnalist Röya Rəfiyeva Almaniyaya mühacirət edib.
Bu haqda "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyi'nin sədri, siyasi şərhçi Azər Rəşidoğlu özünün feysbuk səhifəsində yazaraq məlumat verib. O, bildirib: "Mühacirətə gedən jurnalistlərimizin sayı artır. Tanınmış jurnalist, "Yeni Müsavat" qəzetinin əməkdaşı Roya Rafiyeva bu gün Almaniyaya gedib və dərhal siyasi sığınacaq istəyib. Almaniyada olan dostlarımın məlumatına görə, Röya artıq düşərgədə yerləşdirilib. Çox ciddi bir jurnalistimiz ölkəni tərk etdi...."