Polis polkovniki Müşfiq Rəhimovun 7 milyonu necə batıb ? – Təfərrüat
- 4-09-2018, 14:07
- 4 134
Ona görə də mətbuatın az-az hədəfinə gəlir. Amma o, bütün mətbuatı susdura, dilini-ağzını bağlaya bilməyib. Ara-sıra M.Rəhimov haqda məlumatlar dərc olunur. Növbəti belə məlumat AzEuroNews.com-a daxil olub. Etibarlı mənbənin saytımıza bildirdiyinə görə, Müşfiq Rəhimov bir neçə ay öncə küllü miqdarda ziyana düşüb. Onun 7 milyon dollarının batdığı deyilir. Birdən kimsə polis məmurunda bu qədər pul hardandı deyə, sadəlövh sual verər. Müşfiq müəllim BDYPİ-nin ən çox korrupsiya və rüşvətə uğramış idarəsinin rəisidi. Onun gündəlik fırlatdığı pulun, daha doğrusu, aldığı rüşvətin ən azı bir neçə yüz min manat olduğuna dair iddialar var. Ona görə də bu qədər pul Müşfiq Rəhimovda da olmayıb, kimdə olacaq?! Özü də adam neçə illərdi bu idarənin rəisi müavinidi. Burdan qazandığı pullarla (daha doğrusu rüşvətlə) özünə başqa işlər də qurub. M.Rəhimovun xeyli sayda obyektlərinin olduğu deyilir. Bu haqda indiyədək mətbuatda çox yazılıb.
M.Rəhimov daha çox pul qazanmaq üçün növbəti dəfə investisiya yatırmaq istəyərkən, oxu daşa dəyib, pis ilişib. AzEuroNews.com-a daxil olmuş məlumatda bildirilir ki, Müşfiq Rəhimov “Pokrovka Məhərəm” kimi tanınan iş adamın Məhərrəm Quliyevə 7 milyon dollar pul verərək Moskvada şərikli biznes qurmaq istəyirmiş. Məhərrəmin bu ilin mart ayında Moskvada Rusiya polisi tərəfindən gözlənilmədən həbs edilməsi hər şeyi alt-üst edib. Məhərrəm sərbəst buraxıldıqdan sonra Müşfiq Rəhimova deyib ki, ondan və başqalarından aldığı pulları Moskva hüquq-mühafizə orqanları qeyri-rəsmi müsadirə edib. Deyilənə görə, Məhərrəm Azərbaycandan xeyli sayda adamdan iş görmək adıyla küllü miqdarda pul alıbmış. Müşfiq Rəhimovun Moskva ətrafında tikinti biznesinə girmək üçün “Pokpovka Məhərrəm”ə bu məbləğdə pul verdiyi deyilir.
Bəs əslən Şəmkirdən olan Məhərrəm Quliyevlə Müşfiq Rəhimovu nə birləşdirir? Məlumdur ki, “Pokrovka Məhərrəm” Moskva şəhərindəki “Fud Siti” topdansatış bazarının işlətməçisi olub. Ona vaxtilə Moskvada mərhum Rövşən Lənkaranskinin himayədarlıq etməsi kimsəyə sirr deyil. Müşfiq Rəhimov da Lənkəranski ilə yaxın olublar (Hər ikisi lənkəranlıdır-red.). Məhərrəmlə də bu xətt vasitəsilə tanış olublar.
İndi Rövşən Lənkaranski yoxdur, Məhərrəm Quliyevin himayədarları da dəyişib. Üstəlik adam həbs edilib, buraxılıb. Ona görə də Müşfiq Rəhimovun 7 milyon dollarını rahatca “fırlada” bilib.
Bir başqa mənbənin məlumatına görə isə M.Rəhimov pulunu geri almaq üçün “Pokrovka Məhərrəm”ə müxtəlif kanallarla təsir etmək üçün fəaliyyətə keçib. Onun əsas gümanı oğru dünyasının avtoritetlərinə çatır. Lakin bir vaxtlar dostluq etdiyi avtoritetlərin hazırda öz aləmlərində mövqeləri zəiflədiyi üçün polkovnikin bu cəhdlərinin boşa çıxdığı deyilir.
Mövzunu davam etdirəcəyik.
Yazıda adları keçən şəxslərin mövqeyini verməyə hazırıq.
AzEuroNews.com