47 yaşlı azərbaycanlı iş adamı ölkədə qeydiyyatdan keçirilən 50-dən çox şirkətin sahibidir - Tender oyunları...
- 1-09-2018, 13:36
- 1 165
İş adamı Fəxrəddin Məmmədovla nə telefon, nə də şirkətlərinin qeydiyyatdan keçirildiyi ünvanda yaşayan dostları və qohumları vasitəsilə əlaqə saxlamaq mümkün oldu. Məmmədovun və yaxud onun şirkətlərinin qeyri-qanuni bir iş görməsi ilə bağlı heç bir sübut yoxdur. Ancaq nə üçün kimsə ofis və yaxud işçi heyəti olmadan dövlət tərəfindən elan edilən tenderlər üçün çoxsayda fərdi şirkətlər yaratsın?
Ekspertlər sahibkarın birdən çox şirkət yaratmağının əsas səbəbini vergi qanunvericiliyi ilə bağlı olduğunu düşünürlər. Əgər şirkətin illik dövriyyəsi 200 min manatdan ($118,000) aşağıdırsa, o zaman, o, 4 faizilk sadələşdirilmiş veri ödəməlidir. Ancaq bu rəqəm yuxarıdırsa, o zaman 18 faizlik ƏDV ödəməlidir. Əgər, satınalma qeydiyyatdan keçibsə, o zaman ƏDV geri qaytarılır. Eyni zamanda bir şirkətin müxtəlif tenderlərdə qalib olması qəbuledilən olmadığı üçün, sahibkarlar birdən çox şirkət yaratmağa üstünlük verirlər.
24saat.az