Gömrük sistemindən oğurlanan pullar geri qaytarılır? - Əbülfəz Məlikovu silkələyirlər...
- 28-08-2018, 14:06
- 1 626
Bu barədə DİA.AZ-a mənbənin söylədikləri: "Söhbət təxminən 2 milyard manata yaxın vəsaitdən gedir. Əbülfəz Məlikov bu qədər pulları mənimsəyə bilməz. Onun paylaşdıqları da var. Amma bu gün həmin vəsaitin izinə düşülüb və Əbülfəz Məlikov pulları dövlətə qaytarmalı olacaq".
Mənbə iddia edir ki, yaxın günlərdə bütün ölkəni lərzəyə sala biləcək şok proseslərin şahidi olacağıq: "Gömrükdə elə hadisələr baş verəcək ki, yer-yerindən oynayacaq. Bu vaxta qədər Əbülfəz Məlikova güldən ağır söz deyən olmayıb. Amma indi vəziyyət xeyli dəyişib".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...