Baş nazir Qurban bayramı münasibətilə xalqı təbrik etdi

Cəmiyyət

Baş nazir Novruz Məmmədov Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Baş nazir bu müqəddəs bayramda Azərbaycan xalqına xoşbəxtlik, ruzi-bərəkət arzulayıb:

“Mənəvi saflığı, yüksək əxlaqi dəyərləri tərənnüm edən, xeyirxahlıq və birlik rəmzi olan Qurban bayramı münasibətilə bütün izləyənləri təbrik edirəm. Bu əziz bayramda hər birinizə xoşbəxtlik, can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram. Qurbanlarınız qəbul olsun”.