İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT
- 15-08-2018, 16:58
- 1 681
Belə ki, Yasamal rayon icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyevin rəsmi blankda idarə və müəssisələrə ünvanladığı sərəncamın fotosu yayılıb. Həmin sənəddə bildirilir ki, qarşıdan gələn Qurban bayramı münasibətilə əlil, tənha və aztəminatlı ailələrə paylanmaq məqsədilə çəkisi 15 kq-dan az olmayan 1 ədəd qurbanlıq sənəddə göstərilən ünvana çatdırılmalıdır.
Əlavə şərhə ehtiyac duymadan sənədin fotosunu oxuculara təqdim edirik.
Savash.org