Belə üzrdənsə... - Hamı tənqid etdi

Cəmiyyət

Bakıda tikinti şirkətinin üzrxahlığı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə paylaşılan fotoda şirkət müvəqqəti narahatlığa görə üzr istədiyini qeyd edib.

Lakin lövhədəki hərf səhvləri ( Müveqeti narahatcılğa görə üzür istəyirik) sosial şəbəkə istifadəçilərini haqlı olaraq qəzəbləndirib. Onlar Azərbaycan dilinə laqeyd yanaşanları tənqid ediblər.