Şamaxılı sahibkarlardan etiraz - "Əsl, real hesabat bu olacaq!"
- 1-03-2017, 12:50
- 1 610
Onlar redaksiyamıza yazırlar: "Asif Ağayev yaxşı olardı ki, sahibkarlara, fermerlərə necə əngəl yaratmasının hesabatını versin. Bundan danışsa, inandırıcı olar. Yoxsa başqa rayon icra başçılarının hesabatını kopyalayıb, Şamaxıda görülən işlər kimi təqdim etmək nağıl danışmaqdan başqa şey deyil.
O tədbirdə Prezident Administrasiyasının nümayəndəsi də olub. Yəni Asif Ağayev həm də "yuxarılara" yalan danışıb rəsmən. Hesabatına uyğun olaraq qısa bir araşdırma aparılsa, Şamaxının elə mərkəzində olub bir-iki nəfəri danışdırsan, Asif Ağayevi ifşa etmək olar".
Şamaxılı sahibkarlar müraciətlərində onu da əlavə ediblər ki, yaxın günlərdə Bakıda mətbuat konfransı keçirəcəklər: "Əsl, real hesabat bu olacaq. Qoy bütün ölkə bilsin ki, şamaxılılar nə zülm çəkir".
Qarşı tərəfi də dinləməyə hazırıq...