Sumqayıt icra hakimiyyətinin müavini tərəfindən himayə edilən Oktay kimdir…?
- 18-07-2018, 17:18
- 2 006
Teymur Səmədovun Sumqayıt Təhsil şöbəsinin müdir təyin edilməsindən sonra Oktay Nuriyev adlı bəla yarandı. Bu bəla sözün əsil mənasında T.Səmədovun kadrı kimi təhsili iflic duruma salmaq yönündə yüksək addımlarla irəliləməkdədir. Həmçinin O.Nuriyev Ruhiyyə Tağıyeva və Nizami Namazovunda rəhbərliyi altında “burda mənəm bağdatda kor xəlifə” misalını həyata keçirdi. Amma bu günə qədər ona gözün üstə qaşın var deyilməməsinin səbəbi İcra başçısının müavinin hiymayəsində olduğuda qeyd edilməkdədir. . Sumqayıt təhsilində biabırçı hal alan rüşvət qalmaqalının yaranmasında adı hallanan Təhsil Şöbəsinin inspektoru Oktay Nuriyev heç kəsə məhəl qoymur. Nizami Namzovun işindən azad olunmasına baxmayaraq (http://sumgayit.edu.gov.az/az/page/15674) rəsmi internet portalında sumqayıt təhsilinin müdiri vəzifəsində adı saxlanılmaqdadır. Oktay adlı inspektorun ibtidai siniflərin qəbulunda özündən yaratdığı qaydalar əsasında dolmuş yerlərə təyinat verməsi artıq məktəblərdə də böyük narazılıqlar yaratmaqdadır. O.Nuriyev kimilərinin T.Səmədov kimi vəzifəli şəxslər tərəfindən himayə edilməsinin qaranlıq məqamları çox olduğundan məsələ ilə bağlı geniş araşdırma başlamış və bu şəxslərin birlikdə addımladıqları müəyyən edilmişdir ki… Bütün bunlarla bağlı gələn yazımızda geniş qeydlərimiz olacaqdır.
Mövzu ilə bağlı yazıda adı keçən şəxs və qurumların mövqeyin dinləməyə hazırıq.
BakuNews.az