Nehrəmli İbrahimovlar nə dövləti, nə milləti saymırlar-VİDEO
- 30-06-2018, 10:15
- 3 757
Tağı İbrahimovla əlaqə saxlaya bilmədik.Həmid İbrahimov telefonu sönülü oldugundan onunla danişa bilmədik.Sirkətin rəhbəriyindən biri olan Tagi İbrahimovun bacısioglu Nagi muəllimlə telefon əlaqəsi saxlayib, özümüzü təqdim edib məsələyə aciqlama istedikdə telefonu söndürdu.Suallarimiz cavabsiz qaldi.
Son vaxtlar vətəndaşlar bu cur şirkətlər tərəfindən cox aldanır
Birinci növbədə o tikinti şirkətinin arxasında hansı məmurun dayandığını öyrənmək lazımdır. İnsanlar zülmlə qazandığı pulu bu şirkətlərə verirlər ki, özlərinə yuva duzəltsinlər, kiralardan canlarını qurtarsınlar. Belə "sahibkar”lar da yaramaz əməlləri ilə vətəndaşları narazı salırlar. Təkcə "Qlobal MMC” deyil, bir çox dələduz şirkətlər var ki, Azərbaycan insanın "boğazını kəsib”. Bütün bunların baş verməsi onu göstərir ki, bu şirkətin arxasında hansısa qudurğan məmur dayanır. Həmin məmurun dəstəyi olmasa, bu şirkət insanları incidə bilməz. Onların hamısı harınlamış məmur təbəqəsinin himayəsində olan şirkətlərdir. Bizim kimiləri niyə bina tikə bilmir? Bütün bunların hamısı harınlıq, dövləti saymamaq əlamətidir. Açıq şəkildə qanunlarımıza hörmətsizlik edirlər. Hansı daşı qaldırırssan altından məmur çıxır.Amma bunun bir sonu olmalidir xatirladim ki, tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin imzaladığı Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və Qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq. Əlacsiz qalan vetendaşlarin umidi yalniz ölkə başçısına qalib.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Daha ətraflı videomaterialmızdan izləyə bilərsiniz:
Teref.info