Ramiz Mehdiyevin redaktorluğu ilə - “Nadir şah”

Cəmiyyət

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin redaktorluğu və geniş müqəddiməsi ilə çap olunmuş “Nadir şah” kitabının təqdimat mərasimi keçiriləcək.

Kult.az xəbər verir ki, mərasim iyunun 22-si saat 11.00-da AMEA-nın əsas binasında baş tutacaq.

Qeyd edək ki, daha əvvəl Ramiz Mehdiyevin redaktorluğu ilə “Nadir şah Əfşar. Diplomatik yazışmalar” kitabı çap olunub.