Səfirimizin gözü önündə Azərbaycan bayrağı səhv asıldı - FOTOFAKT
- 8-06-2018, 09:06
- 1 633
Təəssüf doğuran məqam ondan ibarətdir ki, rəsmi görüş zamanı masanın üzərinə qoyulan Azərbaycan Bayrağı tərsinə asılıb və bu mühüm məqam səfir Dursun Həsənovun diqqətini çəkməyib. Görüşdən çəkilən fotoları isə Georgiy Tkemaladze özünün Facebook səhifəsində paylaşıb.
Xatırladaq ki, Bayraq hər bir dövlətin rəsmi simvoludur və ən ali dəyərdir. Səfir isə Azərbaycanı həmin ölkədə təmsil edən 1-ci dərəcəli dövlət adamıdır. Öz ölkəsinin Bayrağına diqqətsiz yanaşmaq nə diplomatik, nə də etik çərçivələrə sığmır.Səfir Dursun Həsənov bu mühüm məqamı bilməmiş deyil.
Diaspor.Az