Yeni icra başçısı bank sədrinin qardaşıdır

Cəmiyyət

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinə Elxan Allahverdiyevin başçı təyin edilməsi barədə sərəncam imzalayıb.

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, E. Allahverdiyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi olub və daxili xidmət polkovnik-leytenantıdır.

O, həmçinin Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.

(Fotoda Rövşən Allahverdiyevdir)