Bu rayonların da başçıları dəyişəcək... - Himayəsiz qalıblar
- 6-06-2018, 16:57
- 2 177
Məlumatlı mənbə iddia edir ki, daha 3 rayonun icra başçısı ilə bağlı da qərzr verilib. Mənbənin dia.az-a söylədikləri:
"Hazırda Ağsunun, Qazaxın və Bakının Qaradağ rayonunun icra başçılarının dəyişdirilməsi müzakirə olunur".
Qeyd edək ki, Ağsuya keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun yaxın qohumu Ənvər Seyidəliyev rəhbərlik edir. Qazaxa isə keçmiş Vergilər Naziri Fazil Məmmədovun adamı, sabiq VN əməkdaşı Rəcəb Babaşov. Bir sözlə, hər iki icra başçısının himayədarı artıq görəvdən alındığından onların müdafiələri də yetərincə zəifləyib. Qaradağa gəlincə isə, FHN şefi Kəmaləddin Heydərovun kurasiyasında olan Süleyman Mikayılov əslində Heydərov tərəfindən çoxdan "qurbanlığa atılmış" fiqurdur.
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Fikirləri olanların da mövqelərini işıqlandırmağa hazırıq.