Süleyman Mikayılov haqqında daha bir maraqlı İDDİA - İki rayonun torpağını ələ keçirib
- 6-06-2018, 11:10
- 2 741
Mənbənin söylədikləri: "Bu üsulla Qaradağın sərhədlərini əməlli-naşlı genişləndirməyə müvəffəq olan Süleyman Mikayılov Bakının digər rayonları olan Səbayel və Yasamalın da ərazilərinə soxulmağa müvəffəq olub. Nəticədə Süleyman Mikayılov Bakının mərkəzi hissələrinsə satmağa bahalı ərazilər əldə edib".
Mənbə iddia edir ki, məsələn hazırda "Binə" ticarət mərkəzinin bir hissəsi Şıxov bölgəsi olduğundan Səbayel rayonuna, "Sədərək" TM-nin isə əhəmiyyətli hissəsi Yasmal rayonuna aid olsa da, Süleyman Mikayılovun zəbtetmə əməliyyatları nəticəsində Qaradağ rayonu hesab olunmaqdadır. Mənbə açıqlamasında əlavə edir:
"Süleyman Mikayılovun bu zəbtlərini köhnə SSRİ-dən qalma sənədlərlə sübuta yetirmək olar. Amma nədənsə müvafiq dövlət qurumları və xüsusən də Nazirlər Kabineti, habelə Bakı meriyası bu məsələdə Süleyman Mikayılova hansısa iradlarını bildirməyiblər".
Qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ