SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Ali Məhkəmədə qanunsuzluğa yol verilib"

"Ali Məhkəmədə qanunsuzluğa yol verilib"

Tarix:

1-06-2018, 09:07

/ 1 788 dəfə oxundu.
"Ali Məhkəmədə qanunsuzluğa yol verilib"

2014-cü ildə bir qrup tərəfindən bıçaqlanaraq öldürülən qara kəmər ustası Kamal Rüstəmovun ölümü ilə bağlı Ali Məhkəmədə qanunsuzluğa yol verilib.

Mərhumun atası Ali Məhkəməyə rüşvət ttihamı irəli sürərək, hakim Əli Seyfəliyevin oğlunun qanını batırmaqda günahlandırıb.

Qeyd edək ki, idmançının qətli ilə bağlı cinayət işinin istintaqında ciddi faktlar ortaya çıxsa da qətldə iştirak edənlərdən yalnız bir nəfər – Urfan Rzayev məsuliyyətə cəlb olundu.

Gəncə Apellyasiya Məhkəməsi ona birinci instansiya da təyin olunan 10 il cəzanı artıraraq 13 ilə çatdırsa da Ali Məhkəmədə iş ləğv olunaraq yenidən apellyasiyaya qaytarılıb.

Mərhumun atası Əli Rüstəmov apellyasiyada işə ədalətli baxılması üçün Prezident İlham Əliyevə, vitse Prezident Mehriban Əliyevay, Baş Prokuror Zakir Qaralova, Prezidentin Köməkçisi Fuad Ələsgərova və Məhkəmə Hüquq Şürasına müraciət edib.

Müraciətdə deyilir:

1.Mənim oğlum Rüstəmov Kamal Əli oğlu 04 sentyabr 2014-cü il tarixdə məhkum edilmiş şəxs Razayev Urfan Tapdıq oğlu tərəfindən qətlə yetrilmişdir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli hökmü ilə Rzayev Urfan Tapdıq oğlu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Birinci instansiya Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın yüngül olması və cəzaçəkmə rejimi ilə bağlı narazı qaldığım üçün Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermişəm.
4.Gəncə Apellyasiya Məhkəməsi ( sədrilik edən cənab Rəşid Məhərrəmli) 16 may 2016-cı il tarixli qərarı ilə Birinci instansiya Məhkəməsinin hökmü dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş cəza 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Qalan hissədə məhkəmə hökmü dəyişdirilmədən saxlanılmışdır.

Mən apellyasiya məhkəməsinin qərarından kasassiya qaydasında şikayət vermişəm kasassiya məhkəməsinin qərarı ilə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Gəncə Apellyasiya Məhkəməsi apellyasiya məhkəməsinin qərarından məhkum edilmiş şəxs tərəfindən verilmiş kasassiya şikayəti təmin edilmiş və apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün apelllyasiya məhkəməsinə göndərilmişdir.

II. Şikayətin hüquqi əsasları

Apellyasiya məhkəməsinin qərarını ləğv edərkən kassasiya məhkəməsi həm cəzanın ağır olmasını həm də şəxsin məsuliyyətini yüngülləşdirən halların apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmammasını qeyd etmişdir. Bununla bağlı qeyd edirəm ki, formalaşmış məhkəmə təcrübəsinə diqqət yetirdikdə qəsdən adamöldürmə cinayətlərinin əksəriyyətində tətbiq edilən cəzalar 13 il və 14 il həddində təyin edilmişdir. Lakin nə Ali Məhkəməinin bütün qərarları ilə aşağı instansiya məhkəmələri tərəfindən tətbiq edilən cəzalar əksər hallarda öz qüvvəsində saxlanılmışdır. Lakin hazır ki,işdə cənab Əli Seyfəliyev nədənsə mövcud olan təcrübədən kənara çıxaraq apellyasiya məhkəməsinin qərarını cəzanının ağır olması səbəbindən ləğv etmişdir. Bundan başqa apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin digər bir əsası şəxsin məsulyyətini yüngülləşdirən halların olması ilə bağlı olmuşdur. Bununla bağlı bildirmək istəyirəm ki,mənim oğlum kantak karate üzrə qara kəmər ustası olmuşdur. Yəni o məhkum edilmiş şəxsdən fiziki baxımdan güclü idi . Onun məhkum edilmiş şəxsi bıçaqla vurmasına heç bir zərurət yox idi. İşin hallarından da görünür ki,dalaşan zaman o məhkum edilmiş şəxsə üstün gəlmişdir. Məhkum edilmiş şəxs həmin vaxt bıçağı çıxardıb mənim oğlumun qarın nahiyyəisndə zərbə vuraraq ona xəsarət yetirmişdir. Yalnız ondan sonra mənim oğlum məhkum edilmiş şəxs qaçıb avtomobilə oturan zaman qarnında olan bıçağı çıxradıb ona xəsarət yetirmişdir. Bu fakt işdə olan ekspertiza rəyi ilə tam təsdiq edilir. Belə ki,ekspertiz rəyində məhkum edilmiş şəxsin paltarında olan zədənin kənarında mənim oğluma məxsus olan qan aşkar edilmişdir. Bu fakt onu deməyə əsas veriri ki,məhkum edilmiş şəxs birnci mənim oğlumu vurmuş mənim oğlum isə ona xəsarəti onu vurduqdan sonra yetimişdir. Çünki məhkum edilmiş şəxsin dediyinə görə guya mənim oğlum onu vurduqdan sonra o ona xəsarət yetirmişdir. Belə olan halda isə mənim oğluma məxsus olan qanın onun paltarının bıçaq ilə zədələnmiş hissəsində aşkar edilməsi mümükünsüz idi. Bu fakt qeyd edtdiyim kimi ekspertiza rəyi ilə təsdiq edilir. Bundan başqa məhkum edilmiş şəxs bildirib ki,onu bıçaqla vurub yerə yıxılmışdır. . İşdə olan sənədlərdən görünür ki,yerdə olan qan nümunələri tapmpon vasitəsi ilə götürülmüş lakin həmin qan nümunələrinin hamısı mənim oğluma məxsus olmuşdur. Əgər məhkum edilmiş şəxs xəsarət alıb yerə yıxılmışdırsa onda ona məxsus qan izləri həmin yerdə aşkar edilməli idi. Bi fakt onu deməyə əsas verir ki,o mənim oğlumu vurub avtomobilə minən zaman mənim oğlum ona xəsarət yetirmişdir. Belə olan halda cənab Əli Seyfəliyevin məsuliyyəti yüngülləşdirməsi əsaslı olmamaışdır.

Hörmətli cənab Prezident, məhkum edilmiş şəxsin yaxınları bizimlə barışıq əldə etmək üçün bizə 100 min manat məbləğində pul təklif etmişdilər. Lakin mən onu qəbul etmədim. Məhz həmin pul cənab Əli Seyfəliyevə verilərək onun vəziyyətini yüngülləşdirdiyi üçün o məhkum edilmiş şəxsin məsuliyyətini yüngülləşdirmək ilə bağlı qərar qəbul etmişdir. Ancaq insan həyatınını pula satılması hesab edirəm ki,cəmiyyət üçün təhlükəli tendesiyalardan xəbər verir. Çünki bizdə insanıq və gələcəkdə bizi də öldürüb 100 min manat pul verib məsuliyyətlərini yüngülləşdircəklər. Cənab Əli Seyfəliev bir şeyi bilmir ki,onun qəbul etdiyi qərar Azərbaycan Respublikasının adından çıxardılır. O aldığı 100 min manat pul ilə əslində Azərbaycan Respublikasının nüfuzunu satmışdır.

Hörmətli cənab Prezident, mən sizin ədalətli və hümanist bir insan olduğunuzu bilirəm və inanarıma ki, Siz Dövlət Başçısı kimi dövlətin adını satmaq ilə qərar çıxardan şəxslərin qanuni əsaslarla cəzalandırımasını təmin edəcək və mənim oğlumun qanunun batmasına imkan verməyəcəksiniz. Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.

Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsaslanaraq, sizdən xahiş edirəm:

Mənim oğlumun qətlə yetrilməsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsində araşdırmanın obyektiv aparılması ilə bağlı mənə köməklik edəsiniz.

Zərərçəkmiş şəxsin hüquqi varisi: Əli Kamal oğlu Rüstəmov.

gununsesi.info

Şərhlər

XƏBƏR LENTİ