SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » «165″ — İN DİREKTORUNUN «DOĞRUNUN BAĞRINI YARMAQ» SİYASƏTİ

«165″ — İN DİREKTORUNUN «DOĞRUNUN BAĞRINI YARMAQ» SİYASƏTİ

Tarix:

26-05-2018, 09:50

/ 2 682 dəfə oxundu.
«165″ — İN DİREKTORUNUN «DOĞRUNUN BAĞRINI YARMAQ» SİYASƏTİ

Paytaxtın 165 saylı orta məktəbində baş alıb gedən qanunsuzluqlar barədə redaksiyamıza yeni-yeni məlumatlar daxil olmaqdadır. Etibarlı mənbə bildirir ki, Təhsil Nazirliyi gəlib aylardır məktəbə gəlməyən XI sinif şagirdlərinin jurnalını yoxlasa, direktor Vüqar Məmmədovu rəzil etmək üçün kifayətdir. Direktor özü IX «d» sinfində rəhbər vəzifədədir. Həmin siniflərdən yığılan bayram pulları da onun haramıdır. Buraxılan dərsləri ibtidai sinifdə Səadət adlı laborant əvəz edir, pul bölünür və s. İnformatorumuz bildirir ki, məktəbdə bu kimi neqativ hallar yetərincədir. Oxucularımızın sırasına yeni qatılanlara ötən məqalələrimizdən xatırlatma veririk ki, Vüqar Məmmədov xəbərçilik etməyən müəllimə dərs saatı vermir, rəhbərlik etdiyi təhsil müəssisəsini intriqa və dedi-qodu yuvasına çevirib, ədalətsevər ziyalıları təhsil müəssisəsindən perik salıb. BŞTİ rəhbərliyi direktorun yarıtmaz idarəçilik siyasətindən şikayətlənən müəllimlərə deyil, Vüqar Məmmədovun satdığı yalanlara inanır.Bu azmış kimi, şikayətlənir ki, guya şikayətçilər onun işinə mane olurlar. Bir sözlə, elə bağırır ki, doğrunun bağrı yarılır.

DERYAZ.AZ

Şərhlər

XƏBƏR LENTİ