Milli Qəhrəman telekanalları ittiham etdi: “İşğalda olan şou-biznesimizdir, yoxsa torpaqlarımız?”
- 25-05-2018, 13:23
- 1 914
“Nə vaxt televiziyanı açıram şou proqramları, nə vaxt televiziyanı açırıq, şou verilişlər. Başa düşə bilmirəm, bizim işğalda olan şou-biznesimizdir, yoxsa torpaqlarımız?” – sosial şəbəkələrdə fəal şəkildə yayılan videomüraciətdə zabit deyir.
Zabit ucuz şou-proqramların deyil, vətənpərvərliyin təbliğinə daha çox diqqət ayrılmasına çağırır.
“Mən bunu kimlərəsə irad tutmaq, kimlərəsə qarşı getmək üçün demirəm, ürək ağrısı ilə deyirəm. Bizim bu gün bir şeyə ehtiyacımız var – o da vətənpərvərlikdir. Vətənpərvərlik təbliğ olunmalıdır, gənc nəsil vətənpərvər ruhda böyüməlidir”, - o deyib.