Məhşur xanəndə nazirdən kömək istədi: ''Qardaşım oğlu böyrəyini, dalağını itirib, qarşı tərəf isə dəlilik kağızı alıb''
- 17-05-2018, 00:50
- 1 666
''Uzun illərdir Azərbaycan incəsənətinə xidmət edirəm, "əməkdar artist” fəxri adına layiq görülmüşəm. Ağdam rayon qaçqınıyam və atam Sarıyev Mərzili 1992-ci ildə kəndimizin müdafiəsi zamanı ermənilər tərəfindən girov götürülüb. 1993-cü ildə o əsirlikdən qayıtsa da cəmi 1 il yaşadı (ağlayır). Mən bu günə qədər bu faktların heç birini deməmişəm, sadəcə məcbur olub dedim. Hətta bu hadisə mənim sənətimə də təsirsiz ötüşməyib. Belə ki, 2 aydır ki, verəcəyim konsertlərimi də təxirə salmışam. Cənab və hörmətli nazir Ramil Usubovdan xahiş edirəm ki, bu işə şəxsən özü baxsın. Ümüdüm Ramil müəllimədir, inanıram ki, bu işin düzgün istintaqının getməsi üçün göstəriş verəcəksiniz”-deyə xanəndə bildirib.