Bakıda narazı sakinlər "Qaçqınkom"un qarşısına toplaşdı - FOTOLAR
- 15-05-2018, 11:44
- 1 239
GoldNews.Az xəbər verir ki, bu gün komitə sədri Rövşən Rzayevin qəbul günüdür. Onlar köçürülmə ilə bağlı narazılıqlarını ifadə etmək üçün bura toplaşıblar. Şüvəlanda yerləşən Qaçqın düşərgəsinin sakinləri yeni salınan şəhərciklərdə yerləşdirilə bilmədikləri üçün etiraz edirlər. Onlar bildirir ki, hazırda yaşadıqları mənzillər qəzalı vəziyyətdədir və hər an çökə bilər.
Komitənin qarşısına hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.