Şirəliyevlərdən xəbər var: Qardaşı onu yenə də xilas edib... - Vurğun Şirəliyev "boz kardinal"a çevrilib...
- 14-05-2018, 12:16
- 4 210
Amma vəziyyət heç də təqdim olunan kimi deyilmiş. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, Vurğun Şirəliyev heç də Baba Rzayev tərəfindən "vurulmayıb", əksinə xilas olunub.
Mənbənin söylədikləri: "Baba Rzayev onu "vurmayıb". Vurğun Şirəliyev sadəcə olaraq öz ərizəsi ilə baş mühəndis vəzifəsinə keçib. Onun yerinə kimin təyin olunması önəmli deyil. Yenə də idarə edən Vurğun Şirəliyev olacaq. Bu yolla Baba Rzayev boğaza qədər çirkaba bulaşmış və Neftçalada az qala hər kəsin nifrət etdiyi Vurğun Şirəliyevi xilas etmiş oldu. Yəni artıq Vurğun Şirəliyev hədəf olmayacaq. O, kölgədə qalaraq yenə də əvvəlki fəaliyyətini davam etdirəcək. Yəqin qardaşınəın sayəsində buna nail olub, bu qərara gəlinib".
Mənbə xatırladır ki, buna qədər də Vurğun Şirəliyevin barəsində ayrı-ayrı vaxtlarda korrupsiya yoxlamaları aparılsa da, nəticələr rəsmiləşməyib, prosesə hüquqi qiymət verilməyib: "Vurğun Şirəliyev qardaş İsgəndər Şirəliyevin sayəsində toxunulmaz olaraq qalmaqdadır. İndi də Baba Rzayevə təsir edən qardaşı Vurğun Şirəliyevi daha da gücləndirdi. Nə birbaşa hədəf olmayacaq, nə də işindən olmayacaq. Bundan yaxşısı da ola bilməz".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ