Leyla Əliyeva uşaqlarla ağac əkdi - Fotolar
- 10-05-2018, 15:11
- 1 456
Yenilənmiş növbəti həyət Nizami rayonu, Məmməd Xəlil Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində 10 minə yaxın sakinin məskunlaşdığı 7 çoxmərtəbəli binanı əhatə edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.