Bərdə-Yevlax “post”unda rüşvət belə alınır - VİDEO
- 7-05-2018, 16:45
- 1 780
Bir neçə gün bundan əvvəl isə, Kürdəmir və Nəvahi “post”larına rəhbərlik edən Vüqar müəllimin nəzarətində olan mərkəzi magistral yolda baş verənlər, daha çox diqqəti cəlb edən mövzulardan birinə çevrildi. Belə ki, yaşanan olayla bağlı çəkilişləri və lazımi məlumatları redaksiyamıza təqdim edən mənbə qeyd edir ki, “07 aprel 2018-ci il tarixdə, saat təqribən 19:12 radələrində Qazax-Bakı marşrut xətti üzrə hərəkət edən, dövlət nömrə nişanı 10-TĞ-157 olan “İKARUS” markalı sərnişin avtobusunu, Kürdəmir rayonu ərazisində dövlət nömrə nişanı 99-YP-865 olan nəqliyyat vasitəsini idarə edən yol polisi əməkdaşları saxladılar. Səbəb də, sürücünün digər nəqliyyat vasitəsini ötüb keçən zaman yol hərəkəti qaydalarına düzgün riayət etməməsini qeyd etdilər. Yol polisi əməkdaşları “İKARUS” markalı sərnişin avtobusunu saxlatdıran zaman idarə etdikləri nəqliyyat vasitəsindən yerə düşmədilər və heç bir halda özlərini sürücüyə belə təqdim etmədilər. Uzun çəkçevirdən sonra sürücü ilə “dil tapa” bilməyən yol polisi əməkdaşları, çox keçmədi ki, həmin əraziyə özünü çatdıran və sürücüyə yaxın şəxs olduğunu bildirən yeməkxananın sahibi ilə “dil tapa” bildilər. Çünki, yaşananlar gözlərimiz önündə baş verdi və xeyli vaxt itgisi ilə nəticələndi. Az sonra o da məlum oldu ki, yol polisi əməkdaşları dövlət nömrə nişanı 10-TĞ-157 olan “İKARUS” markalı sərnişin avtobusunu idarə edən sürücüdən 20 manat aldıqdan və sürücüyə qarşı heç bir cəza tədbiri görmədən onu sərbəst buraxırlar”.
Xoşagəlməz hal odur ki, BDYPİ-nin rəhbərliyində aparıcı vəzifəyə sahibi olan Balakişi Əhmədov digər magistral yollarda baş verənlərlə bağlı lazımi addımlarını atmadığı halda, əldə etdiyimiz müfəssəl məlumatlara görə 07 aprel 2018-ci il tarixdə Bərdə-Yevlax “post”unda yaşananlarla bağlı ciddi addımlarını atır. Deməli, adı çəkilən vəzifə sahibi kimin “arxa-dayağı” və «gücü» varsa ona “qaşın üstə qara var demir, kimin “arxa-dayağı” yoxdursa həmin şəxsə qarşı ciddi addımlarını atır. Bu da onu söyləməyə əsas verir ki, BDYPİ-nin rəhbərliyində aparıcı vəzifəyə sahibi olan Balakişi Əhmədov, haqsızlığa rəvac verən vəzifə sahibidir.