Dövlət bayrağı ilə bağlı qaydalar sərtləşdirildi
- 1-05-2018, 14:11
- 2 046
Hər üç sənəd barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O qeyd edib ki, bu dəyişikliklər mühümdür, çünki Konstitusiya qanunları ilə tənzimlənir.
Qeyd edək ki, təklif olunan dəyişikliklərə görə, dövlət bayrağının rəngləri “Pantone” rəng kataloqunda aşağıdakı kodlara uyğun olmalıdır:
Mavi – Pantone 306C
Qırmızı - Pantone Red 032 C
Yaşıl – Pantone 362C
Dövlət gergibinin rəng çalarları:
Alovun qırmızı rəngi - Pantone Red 032C
Palıd budaqlarının yaşıl rəngi - Pantone 7729C
Sünbüllərin sarı rəngi - Pantone 7548C
Qızılı elementlərin rəngi - Pantone 111C
Hər üç qanun layihəsi səsə qoyularaq, qəbul edilib.