10 deputat düyməni səhv basdı, əleyhinə səs verdilər - Milli Məclisdə maraqlı olay
- 1-05-2018, 14:08
- 1 450
Spiker Oqtay Əsədov deputatları qeydiyyatdan keçməyə və gündəliyi təsdiqləməyə çağırıb. Bu zaman deputatlardan 10 nəfəri düyməni səhv basaraq, gündəliyin əleyhinə səs veriblər.
Bu, spikerin maraqlı reaksiyasına səbəb olub və gülərək deputatları yenidən səsverməyə çağırıb.
Gündəlik səsə qoyularaq qəbul edilib.