Camalovların Badamdardakı villalar kompleksi – Foto / Video
- 30-04-2018, 15:20
- 2 732
Badamdar qəsəbəsi “1-ci Massiv” deyilən ərazidə yerləşən villalar kompleksi 2006-ci ildə – Yavər Camalovun Müdafiə Sənayesi Nazirliyinə rəhbər kimi təyinatından sonra inşa edilib.
Məlumatda deyilir ki, hazırda 4 mərtəbəli villalardan birində nazir Y.Camalov öz ailəsi ilə birgə yaşayır. Digər villa qardaşı Mərdan Camalova məxsus olsa da, o, Şirvandakı evində qalır. O, buradakı villasını övladlarına verib.
Qeyd edək ki, Yavər Camalov 2006-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Müdafiə Sənayesi naziri təyin edilib. O bundan əvvəl, “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb.
Qardaşı Mərdan Camalov isə, 2005-ci ildən Şirvan şəhərinin icra başçısıdır. O, bu vəzifəyə təyin olunmamışdan “Azəriqaz” Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləyib.
Mövzu ilə bağlı nazir Yavər Camalov və qardaşı, icra başçısı Mərdan Camalovun da mövqeyini öyrənib dərc etməyə hazırıq.
AzEuroNews.com