Sabirabad məhkəməsi müxalifətçi müəllimi işinə bərpa etdi
- 23-02-2017, 21:31
- 3 058
Bu barədə məlumatı Sahib Rüstəmli özü verib.
Xatırladaq ki, Sahib Rüstəmli AXCP veteranı, həm də partiya Ali Məclisinin Sabirabad rayon şöbəsini təmsil edən üzvüdür.
O ötən il oktyabrın 14-də fizika müəllimi işlədiyi Türkədi kənd orta məktəbindəki işindən əmək intizamını pozduğu əsas gətirilərək azad olunmuşdu. S.Rüstəmli isə işdən çıxarılmasını əsassız sayaraq Sabirabad Rayon Məhkəməsinə işə bərpa olunması iddiası ilə müraciət etmişdi.
Virtualaz.org