Səlim Müslümov “qara xəbəri” yolda alıb!
- 26-04-2018, 10:38
- 2 075
Xəbər nazir üçün son dərəcə gözlənilməz, hətta sarsıdıcı olub. “Nazirin yenidən təyin olunacağına zərrə qədər şübhəsi yox idi. Çox rahat idi. Bu səbəbdən istefaya göndərilməsi xəbəri onu sarsıtdı” – mənbə bildirib.
Mənbə həmçinin əlavə edib ki, “çox mötəbər” adamların təskinliyindən sonra S.Müslümov bir qədər sakitləşib.
Xatırladaq ki, Prezident İlham Əliyev hökumətin yenidən formalaşdırılması zamanı gözlənilmədən Səlim Müslümovu istefaya göndərib, onun yerinə 38 yaşlı bir gənci – Sahil Babayevi təyin etmişdi.