Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi
- 22-04-2018, 23:00
- 2 079
Bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.
O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.
Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.