Sürücülərə MMX ilə bağlı bəd xəbər – Bunu mütləq edin!
- 23-02-2017, 15:25
- 2 491
Bu yeniliyin həyata keçirilməsi üçün İcbari Sığortalar Bürosunda avtonəqliyyat vasitələrinin icbari sığortasına dair məlumat bazası DYP-nin Mərkəsi İnformasiya Ssitemi ilə inteqrasiya olunmalıdır. Belə inteqrasiyadan sonra sahibinin icbari sığortası olmayan avtomobil DYP-nin nəzarət kameralarının qarşısından keçdikdə avtomatik olaraq elektron protokol tərtib olunacaq və sürücüyə göndəriləcək. Sürücülər buna indidən hazırlaşmalıdırlar. Çünki sığorta şirkətləri də bu işdə ciddi marağa malikdirlər və ona görə də bu qaydada MMX-ların tətbiqi üçün xırda texniki problemlər ən qısa müddətdə həllini tapacaq. Nəzərə almaq lazımdır ki, avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti icbarı qaydada sığortalanmayıbsa və ya sığorta müqaviləsinin müddəti bitibsə, həmin avtomobil yol hərəkətində iştirak edə bilməz. İcbari sığorta olmadan nəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə edilir.