Bakıda nazir oğlunun cakuzisini mənzilə kranla qaldırdılar - VİDEO
- 14-04-2018, 11:41
- 1 528
Məqsəd ünvanda yerləşən mənzillərdən birinə məişət əşyası qaldırmaqdır. Əşya həmin ünvanda yaşayan nazirin polkovnik oğlunun mənzilinə qaldırılmalıdır.PressClub.Az-a daxil olan məlumata görə, kranın qaldırdığı cakuzi o qədər böyükdür ki, onu başqa formada mənzilə daxil etmək mümkün olmayıb. Hamam avadınlığını 8-ci mərtəyə qaldırmaq üçün, nəhayət, kran çağırmaq məcburiyyətində qalıblar.
İddia edilir ki, cakuzi müdafiə sənayesi naziri Yavər Camalovun oğlu, Nizami rayonu Mühafizə Polisi İdarəsinin rəisi, polkovnik Elşən Camalova məxsusdur. O da vurğulanır ki, E.Camalovun həmin ünvanda bir yox, bir neçə mənzili var.