Oqtay Əsədov deputatlara əsəbiləşdi: - "Deyəsən, boğazları quruyub"
- 3-04-2018, 14:27
- 1 561
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirəsi zamanı qanunun qəbul edilməsi üçün səsvermədə deputatların sayı kifayət etmədiyindən məsələ səsvermədən keçməyib.
Spiker buna əsəbləşərək “deputatları çağırın, deyəsən, boğazları quruyub, çox çay içirlər” deyib. Sonra yenidən səsvermə keçirilib.