"Azərbaycanda jurnalistlərin 60 faizi qadındır" - Əflatun Amaşov

Cəmiyyət

"Azərbaycanda qadınların digər sahələr kimi, mətbuatda da təmsilçiliyi çox fəaldır".

Bunu Mətbuat Şirasının sədri, deputat Əflatun Amaşov deyib. O bildirib ki, Azərbaycanda mövcud jurnalistlərin 60 faizi qadınlardır: "Biz şərqdə qadına səsvermə hüququ verən ilk ölkə olmuşuq. Qadınların intellektual müstəvidə geniş fəaliyyəti bizim tarixi kökümüzə bağlı məsələdir".