İsa Qəmbərin səhhəti necədir?

Cəmiyyət

Müsavat partiyasının 5-ci başqanı İsa Qəmbərin səhhəti müsbətə doğru dəyişir. Bu barədə partiya funskioneri Gülağa Aslanlı məlumat yayıb.

O bildirib ki, Müsavatın hazırkı başqanı Arif Hacılı sələfi ilə bir yerdədir: “Arif bəy İsa bəyin səhhətinin sürətlə yaxşılaşdığını, heç bir əlavə problem olmadığını söyləyib. İsa bəyin müayinə və müalicəsinin həftənin sonuna qədər başa çatacağını bildirib”.

Qeyd edək ki, İ.Qəmbər ürəyində yaranan problemlə bağlı əvvəlcə Azərbaycanda Mərkəzi Klinikada, indi diə Türkiyənin Hacettepe universitetində müayinə və müalicə olunur.