Mirşahin Ağayev köhnə ANS-çilərlə yeni Real TV yaradır
- 1-03-2018, 09:40
- 2 858
Səhifəyə daxil olub, məlumatları incələyəndə isə bəlli olur ki, 21 fevraldan etibarən onun anonsu verilib. Bu günlərdə isə loqosu səhifədə yayılıb. “REAL TV”nin ilk vaxtlar internetdən yayımlanacağı gözlənilir. Bu, sınaq dövrü kimi xarakterizə edilir. Amma planlarda onun peyk yayımına keçməsi də yer alır.
Ləman Ələşrəfqızı modern.az-a açıqlamasında yeni telekanala getdiyinə görə “Azərxalça”dakı işindən ayrılacağını bildirib: “Mənə təklif gəlib və mən həmin televiziyaya gedirəm. Mən jurnalistikaya bağlıyam, jurnalistika üçün darıxıram. Mətbuat katibliyində özümü tapa bilmədim. Təki işlərimiz ”REAL”laşsın. Hər şey qaydasında olacağı təqdirdə tamaşaçılarımız bizi yenidən görə biləcəklər”.
«REAL TV»də əsasən ANS-in keçmiş və sınanmış əməkdaşlarının çalışacağı da yayılan məlumatlar sırasındadır. Televiziyada son hazırlıq işləri gedir, yaxın günlərdə bununla bağlı geniş açıqlama veriləcək.
“Yeni Müsavat”