Süleyman Mikayılovu o, əvəz edəcək... - İDDİA
- 28-02-2018, 12:11
- 1 820
Verilən son məlumatlardan isə aydın olur ki, artıq Süleyman Mikayılovun yerinə kimin təyin ediləcəyi də bəllidir. Mənbənin söylədikləri: "Başçılığa ən şanslı namizəd uzaqda deyil. Hazırda Qaradağ RİH-də başçının birinci müavini postunu tutur. Süleyman Mikayılovla münasibətləri bir müddət əvvəl də sərinləşib. Söhbət Emil Abbasovdan gedir. Zatən bu vaxta qədər də ictimai-siyasi tədbirlər məhz 1-ci müavinin təşkilatçılığı ilə baş tuturdu. Süleyman Mikayılovun işi yalnız gəlir yerlərinə nəzarət etməkdir".
Mənbə bildirir ki, Qaradağ RİH-də rəhbər dəyişikliyi prezident seçkilərindən sonraya təsadüf edə bilər.
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ