SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fazil Məmmədova qarşı ilginc iddia

Fazil Məmmədova qarşı ilginc iddia

Tarix:

27-02-2018, 12:19

/ 1 977 dəfə oxundu.
Fazil Məmmədova qarşı ilginc iddia

Rəşad Əlizadə tərəfindən redaksiyamıza şikayət məktubu daxil olmuşdur. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq: “Nəzərinizə çatdırıram ki, iddiaçı Bakı şəhəri Vergilər Departamenti iddia ərizəsi ilə Azərbaycan Respublikası Şabran rayon Məhkəməsinə müraciət edərək “Azavracom”MMC-yə olan və mənə heç bir aidiyyatı olmayan vergi borcuna görə işdə maraqlı şəxs qismində barəmdə iddia ərizəsi vermişdir. Bu iddia ərizəsi nəticəsində mənim ölkədən gediş-gəlişim yasaqlanmışdır. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, Bakı şəhəri Vergilər Departamentinin məni rəhbəri kimi göstərdiyi firma ilə heç bir əlaqəm olmamış, hər hansı bir kommersiya əməliyatları aparmamış, kontraktlar bağlamamış, vergiylə bağlı hər hansı bir alım satım işi aparılmamış və ümumiyyətlə , adı çəkilən şirkətlə bağlı bağlantım olmamışdır. İddiaçı iddia ərizəsində və məhkəmə qətnaməsində qeyd edir ki, yoxlamanın aparılması ücün guya mənə xəbərdarlıq edilmişdir. Nəzərinizə catdiriram ki mən 2013-cü ildən Qazaxstan respublikasında yaşayıram. Haqqımda verilmiş bu əsassız qərar ilə bağlı dəfələrlə Vergilər Nazirliyinə həm yazılı, həm şifahi müraciət etsəm də, suçumu sübut edəcək heç bir sənəd təqdim etməmişdir. İşlə bağlı zəruri olan sənədlər, o cümlədən ilkin mühasibat sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, kassa və baş kitabları, gəlirləri və xərcləri təsdiq edən sənədlər, müqavilələr, qaimə və vergi hesab fakturaları yoxlamaya təqdim edilməmişdir. Lakin həmin sənədlərin yoxlamaya təqdim edilməməsini təsdiq edən sənədlər iş materiallarında yoxdur. Azavracom” MMC nin direktoru Əliyev Saleh Valeh oğlu və qayınanası Güllübəyim Bağırova Abbas qızı hazırda vergi borcundan gizləndiklərindən Vergilər Nazirliyi məni onların əvəzinə girov saxlamışdır. 2012-ci illərdə 2 saylı İqtisad Məhkəməsində qonşumuz olan və o şirkətin direktoru Bağırova Güllibəyim Abbas qızı vergiylə bağlı məhkəməyə getmişdi. Burada sual vermək istəyirəm ki, əgər adı çəkilən firmanın səlahiyyətli şəxsi mən idimsə, o zaman niyə borcla bağlı ifadə verməyə çağırılmamışam? Əgər iddia etdikləri kimi maraqlı şəxsəmsə o zaman niyə həmin vaxt məni də məhkəməyə cəlb etməmişlər? Bütün bunlardan bir nəticə çıxa bilər ki, işi aparan vergi məmuru əsas suçluların, yəni Əliyev Saleh Valeh oğlu ilə Bağırova Güllibəyim Abbas qızının respublikadan qacmalarına şərait yaradaraq korrupsiya əlamətlərinə yol verərək ədaləti yanıltmaq məqsədi ilə haqqımda bu iddianı qaldırmışdır. Bildirmək istəyirəm ki, mənə qarşı qaldırılmış bu iddia həm maddi, həm mənəvi zərbə vurmuşdur. Mənim Qazaxstanda qurduğum Alizade LLP və Gürcastanda qurduğum “Hope trading” şirkətlərinin fəaliyyəti dayanmışdır və bu mənə ciddi maddi zərər verməkdədir. Qeyd etməliyəm ki, mən təmiz bir keçmişə sahib, ölkəsinə xidmət edən vətəndaşam. Belə ki, Qazaxstanda olduğum müddətdə Azərbaycan diasporasında çalışmış və vətənimə xidmət etmişəm. Qazaxstanda “Turan” Azərbaycanlıların koqresi QHT-nın rəhbəri idim. Bu təşkilat həmin ölkədə az vaxt içində çox böyük nüfuz qazanmışdır. Ölkədən çıxışımın qadağan olunması ilə, təəssüf ki, həmin təşkilatın da fəaliyyəti dayandı. Həmin ölkələrdə müvafiq banklara halal zəhmətimlə qazandığım pulumu yatırmama rəğmən, indi haqqımda çıxarılmış ölkədən çıxma yasağına görə həmin pulu da çəkə bilmirəm. İndi ölkəmdə işsiz qalmışam. Mən mənə qarşı olunan bu ittihamların heç bir əsasının olmamasından bu nəticəyə gəlirəm ki, keçmiş Vergilər Naziri Fazil Məmmədov mənimlə şəxsi-qərəzlik mövqeyi tutmuşdur. Bu düşmənliyin təməlində Fazil Məmmədovun lüks evini və orda baş verən qanunsuzluğu çəkib lentə alaraq medyada işıqlandırdırmağım olduğunu düşünürəm. İddianı Fazil Məmədovun özünün verdirdiyini düşünürəm. Məhkəmə prosesimdə belə bəzi qanunsuzluqları gördüm. Belə ki, guya prosesi Siyəzən Rayonu hakimi apardı, ancaq maraqlıdır ki, imzanı Şabran rayon hakimi qoymuşdur. Bunu aydınlaşdırmaq üçün müraciət etdiyimdə isə Ədliyyə Nazirliyindən guya texniki səhvin baş verdiyini göstərən bir sənəd göndərildi. Maraqlısı burasıdır ki, texniki səhv adlandırmanın özündə də bir qanunsuzluq var idi. Belə ki, əgər hakim iş başında olsa o zaman bu texniki səhv sayıla bilər. Ama məsələ burasındadır ki, mənim sənədimə imza atan hakim proses zamanı iş başında yox, məzuniyyətdə olmuşdur. Bunun texniki səhv olmadığını hər bir vətəndaş çox gözəl başa düşər. Bu qədər qanunsuz iş görən bir qurum Bağırova Güllübəyim Abbas qızının 393 min manat dövlətdən mənimsədiyi pulu ala bilmir, onun yerinə məni maraqlı şəxs kimi işə cəlb edərək girov kimi saxlayıb gediş gəlişimə məhdudiyyət qoymuşdur. Mənim adı çəkilən şirkətin təsisçisi olduğumu yazırlar. Əgər bu doğrudan belədirsə və təsisçi özü-özünü müdür təyin edə bilirsə, o zaman niyə kiməsə etibarnamə verib onu təsis etdiyi şirkətə müdir təyin etməlidir? Ən maraqlısı isə budur ki, niyə məni etibarnamə ilə şirkətə müdür təyin edən güya vəkalət verdiyim şəxs indi ortada yoxdur? Bankların heç birində, Müqavilələrin heç birində, Aidiyyatı orqanlarda, mənə məxsus imza olmadıqı halda məni bu işdə maraqlı şəxs kimi cəlb eləmələri azmış kimi, hansı səbəbdən giriş çıxışıma məhdudiyyət qoyulmuşdur? Mən qərarın çox ədalətsiz verildiyini düşünürəm. Məhkəmə proseslərində gördüyüm bu qanunsuzluqlar Ali Məhkəməyə müraciət etməyimə də mane oldu. Çünki anladım ki, bu məsələdə hansısa gizli bir əl mənim işimin pozulmasına çalışır.

Maddi ziyan ilə yanaşı, mənəvi ziyan da almışam bu qanunsuz işdən. Belə ki, bir il dörd aydır ki, ailəmdən ayrı düşmdüşəm. Evladımı görə bilmirəm. Həyat yoldaşım elmi işləri ilə bağlı Qazaxstanda qalmalıdır. Mən isə onun yanına gedib evladımın tərbiyəsi ilə məşğul ola bilmirəm.

Son olaraq qeyd etməliyəm ki, sözü gedən tələbnamələr mənə göndərilməmişdir. İş materiallarında da həmin tələbnamənin mənim tərəfimdən alınması barədə sübut yoxdur. Bakı şəhər Vergilər Departamenti həmin tələbnamə, bildiriş, qərar və aktın mənim tərəfimdən alınması barədə sübutu varsa onu məhkəmyə təqdim etməlidir. Halbuki belə bir sübut yoxdur.Mənim o şirkətlə heç bir bağlantım yoxdu. Ədalətin yerini tapamsını və yeni Vergilər Nazirinin bu işlə bağlı müvafiq göstərişlər verməsini və bir gün məni qəbuluna dəvət etməsini ümid edirəm”.

Cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ