Xocalıda keçirilən sonuncu toyun fotosu
- 26-02-2018, 17:01
- 1 533
“İsayevin səhifəsi” adlı “Facebook” səhifəsində paylaşılan foto ilə bağlı belə bir izah verilib:
“Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqli oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu”.