Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki

Cəmiyyət

Mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki üz verib.

Şairin həyat yoldaşı Dilarə Vahabzadə ötən gecə dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə həyat yoldaşından doqquz il öncə - 2009-cu il fevral ayının 13-də, 83 yaşında dünyasını dəyişib.