İlham Rəhimovun ledisi deputatlıq peşində: MÜĞƏNNİ RUHİ QƏNİRƏ PAŞAYEVA İLƏ RƏQİB OLACAQ
- 21-02-2018, 11:23
- 3 935
Bu əsnada RealMedia.az-a etibarlı mənbədən verilən məlumata görə, Ruhi bu ilki parlament seçkilərinə qatılacaq və Tovuz rayonunu təmsil edən xanım deputat Qənirə Paşayeva ilə rəqib olacaq. Müğənninin iki oğlunun atası olan Rəhimovun onu arzusuna qovuşdurmaq üçün bütün imkan və əlaqələrini işə salacağı şübhəsizdir. Mənbə bildirir ki, Ruhi oğlanlarından İlham müəllimə qarşı öz ambisiyaları üçün istifadə edir. Rəhimov uşaqları görmək üçün hər həftə Moskvadan Azərbaycana uçur. Məlumata görə, professor apreldə keçiriləcək prezident seçkilərindən sonra bu niyyətlərini gerçəkləşdirmək üçün hakimiyyətin yuxarı eşelonunda qərar tutan dostları ilə sövdələşəcək, Ruhini həm də xeyriyyəçi kimi cəmiyyətə təqdim etmək üçün Tovuzda müxtəlif xeyirxah işlər gerçəkləşdirəcək.
RealMedia.az