Tovuz sakini prezidentdən kömək istəyir
- 20-02-2017, 11:14
- 1 783
Ilkin qoyulmuş diaqnozda məlum olmuşdur ki, qızım Vəliyeva Şəhlanın çanaq sümüyu avtoqəza nəticəsində bərpası mümkün olmayacaq dərəcədə cox sayda qəlpəli qırılmışdır. Eyni zamanda qızımın diz qapağı qırılmış və sifətində kəsilmiş yaralarla müşahidə edilən kəllə beyin travması almışdır. Mən bütün bu olanlardan xəbər tutanda artıq cinayətkarlardan biri (Şahin adlı şəxs) qızımı izi itirmək məqsədi ilə “Semaşko”-dan travmatologiya institutuna (Nəsimi bazarının yanındakı) köçürmüşdür. Aldığım məlumata görə həmin şəxslər hal- hazırda məsuliyyətdən yayınmaq məqsədi ilə qızımın ağır xəsarət aldığını gizlətmək üçün həkimlərlə və Xızı rayon polis şöbəsi ilə qanundan kənar danışıqlar aparır. Hətta eşitdiyimə görə Xızı rayon polis şöbəsinin rəisi cinayət işini ört -basdır etmək üçün həmin Nahid adlı şəxsdən 20 min manat rüşvət tələb edib.
Cənab prezident, əgər bu cinayətkarlar öz məqsədlərinə çatsalar və bu cinayəti ört- basdır etsələr, bu işdə szin də məsuliyyətiniz olacaq. Əgər ədalətin üzə çıxması, cinayətkarların cəzalandırılması sizin üçün önəmlidirsə, səlahiyyətinizdən istifadə edib, bu məsələni ciddi araşdırın. Qızım Vəliyeva Şəhla ömürlük şikəst qalacaq bir xəsarət alıb və həkimlərin dediyinə görə Azərbaycanda müalicəsi mümkün deyil. Qızımın həyatda qala bilməsi üçün isə təxminən 40-50 min ABŞ dolları vəsait tələb olunur. Yalvarıram yardım edin”
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.